Ana Sayfa > Karusel / Hadisə > Goranboyda bir ailənin 3 üzvü zəhərləndi, biri öldü

Goranboyda bir ailənin 3 üzvü zəhərləndi, biri öldü


4-02-2017, 17:20. Yazar: Xeberaz

Goranboyda bir ailənin 3 üzvü zəhərləndi, biri öldü


Goranboyda qidadan zəhərlənmə olub.

"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adın 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səylərinə rəğmən, İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. S.Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.

Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib.




Geri dön