Ana Sayfa > Karusel / Siyasət / Dünya > Qızı Trampın bu qanunu imzalamasına imkan vermədi

Qızı Trampın bu qanunu imzalamasına imkan vermədi


4-02-2017, 12:14. Yazar: Xeberaz
Qızı Trampın bu qanunu imzalamasına imkan vermədi


İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner LGBT-nin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan layihənin ABŞ Prezidenti Donald Trampın müzakirə masasına çıxarılmamasına nail olub.

"Xəbəraz.az " xəbər verir ki, bu iddia ilə “Politiko” nəşri çıxış edib.

Verilən məlumata görə, söhbət 2014-cü ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın qəbul etdiyi cinsi azlıqlara qarşı iş yerlərində və ictimai yerlərdə ayrı-seçkiliyi qadağan edən qanun layihəsinin ləğvindən gedir.

Xatırladaq ki, daha öncə də İvanka Tramp və həyat yoldaşı Cared Kuşner cinsi azlıqların hüquqlarının müdafiəsində durmuşdu.


Geri dön