Ana Sayfa > Karusel / Hadisə / M2 > Xırdalanda yaşayış evində yanğın olub, ölən var

Xırdalanda yaşayış evində yanğın olub, ölən var


4-02-2017, 00:55. Yazar: Xeberaz
Xırdalanda yaşayış evində yanğın olub, ölən var
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlun yanmış meyiti aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön