Ana Sayfa > Karusel / Hadisə > Bakıda 20 mənzilin su sayğacı oğurlanıb

Bakıda 20 mənzilin su sayğacı oğurlanıb


3-02-2017, 18:26. Yazar: Xeberaz
Bakıda 20 mənzilin su sayğacı oğurlanıb

Bakıda yaşayış binasından su sayğacları oğurlanıb.

"Xəbəraz.az " xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində qeydə alınıb.

Həmin küçədə yeni tikilən binalardan birində bir gecədə 20 mənzilin su sayğacı oğurlanıb.
Faktla bağlı zərərçəkənlər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə şikayət ediblər. Polis fakt üzrə araşdırma aparır.
Geri dön