Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > Qısqanc ər arvadının qulaqlarını kəsdi - FOTO

Qısqanc ər arvadının qulaqlarını kəsdi - FOTO


1-02-2017, 20:44. Yazar: Xeberaz
Qısqanc ər arvadının qulaqlarını kəsdi - FOTO


Əfqanıstanın Bəlx əyalətində qısqanc ər 23 yaşlı həyat yoldaşının əl-ayağını bağlayıb və qulaqlarını kəsib.

"Xəbəraz.az "-ın “oxu.az”-a istinadən xəbərinə görə, Zarina adlı qadın hazırda xəstəxanadadır, onun vəziyyəti sabitdir.

“Mən heç bir günah iş tutmamışam. Bilmirəm ərim məni niyə bu hala salıb”, - qadın nəşrə açıqlamasında deyib.

Zarina 13 yaşında olarkən ailə həyatı qurduğunu və əri ilə münasibətlərinin heç də yaxşı olmadığını bildirib.

Qadın əlavə edib ki, daha əri ilə yaşamaq istəmir:

“O, hər şeydən şübhələnən adamdır. Valideynlərimi görməyə gedəndə məni başqa kişilərlə söhbət etməkdə günahlandırırdı”.

Polisdən bildiriblər ki, qadının əri hadisəni törətdikdən sonra evdən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Qısqanc ər arvadının qulaqlarını kəsdi - FOTO


Geri dön