Ana Sayfa > Karusel / Siyasət / Dünya / Müsahibə > Qəzzafinin müsahibəsi: “Hədəf Türkiyədir…”

Qəzzafinin müsahibəsi: “Hədəf Türkiyədir…”


31-01-2017, 13:09. Yazar: Xeberaz
Qəzzafinin müsahibəsi: “Hədəf Türkiyədir…”


Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin qardaşı oğlu Əhməd Qəzzafi Rusiyanın NTV telekanalına müsahibə verib.

"Xəbəraz.az " xəbər verir ki, Liviya ordusunun keçmiş generalı Qərbin Yaxın Şərqdə əsas hədəfinin İran və Türkiyə olduğunu iddia edib:

“Qərb Liviyanı Afrika ölkələrinin lideri kimi görmək istəməz. Onlar İraqı yerlə-yeksan etdilər. İndi Suriya və Yəmənə hücum edirlər. Hətta Türkiyə və İran da onların hədəfi ola bilər”.

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi ilə bölgədə vəziyyət tamamilə dəyişib:

“Rusiya Yaxın Şərqdə və Şimali Afrikada böyük bir böhranın qarşısını aldı. Prezident Putin ABŞ və NATO-nun bölgədəki planlarını pozdu, Suriyada cinayətin qarşısını aldı. Rusiya bölgədə qaydalar yaratmağı bacardı.

ABŞ-ın keçmiş prezidenti səhv etdiklərini (Müəmmər Qəzzafinin devrilməsini nəzərdə tutur. – red.) dedi. Bəs niyə çıxıb Liviya xalqından üzr istəmədilər? Liviya xalqı ABŞ, NATO və BMT-dən məsələ ilə bağlı izahat tələb edəcək. Liviya dağıdıldı, 1 milyon vətəndaşımız Avropaya qaçdı. Qərb və tərəfdaşları bölgədə ixtilaf və qorxunc hadisələrin davam etməsini istəyir”.


Geri dön