Ana Sayfa > Karusel / Hadisə > Bakıda qadın banka HÜCUM ETDİ

Bakıda qadın banka HÜCUM ETDİ


31-01-2017, 12:37. Yazar: Xeberaz
Bakıda qadın banka HÜCUM ETDİ



Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.

"Xəbəraz.az "xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə "həyəcan" siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.


Geri dön