Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."

Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."


30-01-2017, 19:49. Yazar: Xeberaz
Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."


ABŞ prezidenti Donald Tramp ABŞ-a daxil olan qaçqınların qarşısını kəsmək üçün sərt fərmanlar imzalayıb.

"Xəbəraz.az "-ın məlumatına görə, Tramp məhz bu səbəbdən tənqid olunur və ölkənin müxtəlif yerlərində ona qarşı aksiyalar keçirilir. Bu dəfə isə Donaldın qızı İvanka etiraza səbəb olub. O, əri ilə qatıldığı bir qala gecədən foto paylaşınca çoxlu şərhlər yazılıb.

Onlar "Minlərlə ailə atanıza görə parçalanıb. Ancaq gözəl libasdır. Sizə yaxşı əyləncələr", "Ölkəmizin təmsil etdiyi dəyərlərə xəyanət edildiyi anda Trampın qızının gecəsinin əyləncəli keçməsinə sevinirik", "Atanız insanların həyatını məhv edir, siz isə dəbdəbəli həyatınıza davam edirsiniz", "Amerika atandan öncə daha yaxşı idi. O, ölkəni dağıdır" kimi fikirlər bildiriblər.

İvankanın əynindəki libasın 5 min dollar qiyməti olduğu deyilir.

Qeyd edək ki, Trampın immiqrantlara, xüsusilə müsəlman qaçqınlara qarşı gördüyü tədbirlərə görə, son günlər minlərlə insan viza və "yaşıl kart"ının olmasına baxmayaraq ABŞ-a daxil ola bilmir. Onların qohumları hava limanlarına axın ediblər.

Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."
Geri dön