Ana Sayfa > Karusel / Hadisə > Salyanda 6 qat çempion "avtoritet" saxlanıldı

Salyanda 6 qat çempion "avtoritet" saxlanıldı


30-01-2017, 15:40. Yazar: Xeberaz
Salyanda 6 qat çempion "avtoritet" saxlanıldı

Salyanda kriminal aləmlə əlaqədə təsirləndirilən keçmiş boksçu saxlanılıb.
"Xəbəraz.az " istipress-ə istinadən xəbər verir ki, kriminal aləmdə "Rıjıy İlqar" kimi tanan İlqar Əliyev ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə hədə-qorxu gəlməklə onlardan pul tələb edirmiş. O, həmçinin kriminal şəxslər arasında bölgü də aparırmış.

Məlumata görə, İ.Əliyev yanvarın 25-də Salyan rayonunda saxlanılıb. O, yaşadığı Y.Qaqarin küçəsi, ev 10-da qanunsuz odlu silah və narkotik vasitə saxlayırmış. Saxlanılan zaman İ.Əliyevdən "Naqan" tipli tapança, 5 ədəd patron və 20 qram narkotik vasitə olan həşiş qatranı götürülüb. Əvvəllər 3 dəfə məhkum olan İlqar boks üzrə 6 dəfə Azərbaycan çempionu və qaydasız döyüşlərin iştirakçısı olub. Kriminal avtoritetin "kriminal razborkalar"a nəzarət etdiyi də iddia olunur.

Faktla bağlı Sayan Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Geri dön