Ana Sayfa > Karusel / Hadisə > Bakıda iki qardaş dərmandan zəhərləndi: biri öldü, digəri ağır vəziyyətdə - YENİLƏNİB

Bakıda iki qardaş dərmandan zəhərləndi: biri öldü, digəri ağır vəziyyətdə - YENİLƏNİB


30-01-2017, 14:49. Yazar: Xeberaz
Bakıda iki qardaş dərmandan zəhərləndi: biri öldü, digəri ağır vəziyyətdə - YENİLƏNİB


14:09

Bakıda iki qardaşın dərmandan zəhərlənməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
"Xəbəraz.az " xəbər verir ki, Ağami və Dadaş İsmayılov qardaşlarının Nərimanov rayonunda yaşadıqları evdə yüksək dozalı və narkotik tərkibli anti-depressiv dərman qəbul etdiyi məlum olub. Təxminən 5-6 saat evdə huşsuz vəziyyətdə qalan qardaşlardan daha ağır vəziyyətdə olan Dadaş İsmayılov təcili olaraq yaxınlıqdakı 5 saylı xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ağami Dadaşov isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

----------

12:08

Bakıda iki qardaş dərmandan zəhərlənib, onlardan biri ölüb.

"Xəbəraz.az " xəbər verir ki, Nərimanov rayonu ərazisində yaşayan Dadaş İsmayılov və qardaşı Ağami dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. D.İsmayılov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.



Geri dön