Ana Sayfa > Karusel / Siyasət / Dünya > "Əvvəlcə İraqdan amerikalıları çıxar" Sədrdən Trampa

"Əvvəlcə İraqdan amerikalıları çıxar" Sədrdən Trampa


29-01-2017, 23:51. Yazar: Xeberaz
"Əvvəlcə İraqdan amerikalıları çıxar" Sədrdən Trampa


Öncə ABŞ İraqdan vətəndaşlarını çıxarmalıdır.

"Xəbəraz.az "axar.az-a istinadən bildirir ki, bu sözləri İraqda Sədr hərəkatının lideri Müktəda əs-Sədr ABŞ Prezidenti Donald Trampın 7 müsəlman ölkəsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

"İraq və digər ölkələrə sərbəst şəkildə daxil olursunuz. Amma həmin ölkələrin vətəndaşlarını öz ölkənizə buraxmırsınız. Bu, riyakarlıqdır. Əvvəlcə öz vətəndaşlarınızı İraqdan çıxarın", - Sədr vurğulayıb.

Qeyd edək ki, Trampın imzaladığı sənəddə Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a getmək istəyənlərə 90 gün viza verilməyəcəyi və Suriyadan ikinci təlimata qədər heç bir miqrantın alınmaması qeyd olunur.



Geri dön