Ana Sayfa > Karusel / Dünya / M2 > Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə dincələcək - Azərbaycanın hesabına

Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə dincələcək - Azərbaycanın hesabına


29-01-2017, 17:44. Yazar: Xeberaz

Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə dincələcək - Azərbaycanın hesabına


Ukraynadan olan 40 hərbçi uşağı bu yay Azərbaycanın hesabına Türkiyədə istirahət edəcək.
"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko öz Facebook səhifəsində yazıb.

O bu barədə razılığın yanvarın 28-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə keçirilən görüşdə əldə olunduğunu bildirib.

“Yayda anti-terror əməliyyatlarının Nikolayevskdən olan hərbçi iştirakçılarının 40 uşağı Türkiyədə istirahət edə biləcək. Bu barədə biz bu gün Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə razılığa gəldik. Bu sevgi və qayğıya görə ona təşəkkürümü bildirirəm”, -deyə qubernator söyləyib.


Geri dön