Ana Sayfa > Karusel / Gündəm > Nazirlik: Bakıda şaxta olacaq, yolla buz bağlayacaq

Nazirlik: Bakıda şaxta olacaq, yolla buz bağlayacaq


29-01-2017, 17:42. Yazar: Xeberaz
Nazirlik: Bakıda şaxta olacaq, yolla buz bağlayacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. "Xəbəraz.az " nazirliyə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Hava arabir tutulacaq, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-5° isti olacaq. Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.


Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Geri dön