Ana Sayfa > Karusel / Gündəm > YOL POLİSİ: Bu yollar təhlükəlidir

YOL POLİSİ: Bu yollar təhlükəlidir


29-01-2017, 10:14. Yazar: Xeberaz

YOL POLİSİ: Bu yollar təhlükəlidir


Yanvarın 28-də yağan intensiv qar ölkənin bəzi yollarında hərəkəti çətinləşdirib. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda bir çox bölgələrdə qar yağmaqda davam edir. Bununla belə bütün magistral yollar avto-nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Lakin Bakı-Şamaxı yolunun bir çox hissələrində, eləcə də Ağsu dolaylarında sürüşkənlik qalmaqdadır. Sürücülərə bu yollarla qış təchizat vasitələri olmadan hərəkət etmək tövsiyyə olunmur.

Qeyd edək ki, yanvarın 28-də ölkə yollarında baş vermiş qəzalarda 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.


Geri dön