Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > Qonşuların mübahisəsinə səbəb olmuş xoruz həbs edilib - Foto

Qonşuların mübahisəsinə səbəb olmuş xoruz həbs edilib - Foto


29-01-2017, 10:04. Yazar: Xeberaz
Qonşuların mübahisəsinə səbəb olmuş xoruz həbs edilib - Foto


Hondurasın Truxilyo şəhərində maraqlı hadisə baş verib.
"Xəbəraz.az " “Report”a istinadən xəbər verir ki, şəhərdə qonşuların mübahisəsinə səbəb olmuş xoruz həbsxanaya salınıb.

Münaqişə sakinlərdən birinin həyətyanı sahəsində ev quşunu görməsindən sonra başlayıb. Xoruzun ağaclara dırmaşması və səs salması onun xoşuna gəlməyib.Onun bu iddiaları isə xoruzun sahibini qəzəbləndirib və qonşular bir-birlərini söyməyə başlayıblar. Onlardan biri digərini öldürməklə hədələyib. Bu səbəbdən də qonşular polis çağırıblar.

Hadisə yerinə gələn asayiş keşikçiləri mübahisəçiləri həbs etməyiblər. Onlar xoruzu tutublar və həbsxanaya aparıblar. Polis əməkdaşları qonşular barışacağı təqdirdə, xoruzu qaytaracaqlarına söz veriblər.

Qonşuların mübahisəsinə səbəb olmuş xoruz həbs edilib - Foto
Geri dön