Ana Sayfa > Karusel / Siyasət / Dünya > Tramp İŞİD-lə bağlı elə bir fərman imzalayacaq ki...

Tramp İŞİD-lə bağlı elə bir fərman imzalayacaq ki...


29-01-2017, 00:15. Yazar: Xeberaz

Tramp İŞİD-lə bağlı elə bir fərman imzalayacaq ki...


ABŞ Prezidenti Donald Tramp bir sıra fərmanlar imzalayacaq.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ağ Evdən etibarlı mənbə məlumat verib. Bu fərmanlar arasında ən önəmlisi İŞİD-lə bağlı olacaq. Belə ki, Tramp 30 gün ərzində ABŞ Silahlı Qüvvələrinə İŞİD-in məhv edilməsi üzrə plan hazırlamağı tapşıracaq. Ancaq həmin planın Tramp tərəfindən nə vaxt təsdiqlənib-təsdiqlənməyəcəyi barədə məlumat verilməyib.

Bundan başqa, ABŞ prezidenti milli təhlükəsizlik və onun fəaliyyətinin yenidən təşkil edilməsi barədə fərmanı imzalaya bilər. Həmçinin lobbiçilik fəaliyyəti ilə bağlı da qərar gözlənilir. Lobbiçiliklə bağlı qanunun əsas məğzi isə bundan ibarət olacaq ki, başqa ölkələrin maraqlarının müdafiə edilməsi və təbliği birdəfəlik qadağan ediləcək.

Geri dön