Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Dollar 2,5 manata qalxa bilərmi? - Baş bankir

Dollar 2,5 manata qalxa bilərmi? - Baş bankir


28-01-2017, 17:00. Yazar: Xeberaz

Dollar 2,5 manata qalxa bilərmi? - Baş bankir


Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

Elman Rüstəmov açıqlamasında deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir: "Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.


Geri dön