Ana Sayfa > Karusel / Siyasət / Dünya > Lukaşenko bu ölkəyə pulsuz qırıcı verir

Lukaşenko bu ölkəyə pulsuz qırıcı verir


28-01-2017, 16:59. Yazar: Xeberaz
Lukaşenko bu ölkəyə pulsuz qırıcı verir


Belarus 8 MiQ-29 və iki "Buk" zenit raket kompleksini Serbiyaya hədiyyə edəcək.

"Xəbəraz.az " xəbər verir ki, bunu Serbiyanın “Politika” qəzetinə müsahibəsində Müdafiə naziri Zoran Corceviç söyləyib. O, həmçinin Minsklə S-300V və S-300P sistemlərinin alınması ilə bağlı danışıqlar aparıldığını da bildirib.

Qeyd edək ki, Rusiya da Serbiyaya hərbi yardım etmək öhdəliyini üzərinə götürüb. Tərəflər arasında razılaşmaya əsasən Moskva Belqrada 6 MiQ-29 təyyarəsi, "Buk" zenit raket kompleksi, onlarla tank göndərməyə söz verib.


Geri dön