Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Şəkidə ağır qəza: 1 nəfər öldü, Qarabağ əlili yaralandı - VİDEO

Şəkidə ağır qəza: 1 nəfər öldü, Qarabağ əlili yaralandı - VİDEO


28-01-2017, 15:00. Yazar: Xeberaz
Şəkidə ağır qəza: 1 nəfər öldü, Qarabağ əlili yaralandı - VİDEO


Hadisə səhər saat 08:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 28 km-də, Şəkinin Suçma kəndi ərazisində qeydə alınıb.

ARB Şəki xəbər verir ki, qəza zamanı Mingəçevir sakini Səmədov Elbrus Səməd oğlunun idarə etdiyi 10-SX-298 dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə, Balakən sakini İbrahimov Vaqifin idarə etdiyi 08-BF-440 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobil toqquşub. Nəticədə "VAZ"ın sürücüsü ağır bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs təcili olaraq digər avtomobilin sürücüsü və yoldan keçənlərin köməkliyi ilə Şəkinin Böyük Dəhnə kənd tibb məntəqəsinə çatdırılıb. Lakin VAZ-ın sürücüsü yolda dünyasını dəyişib.

Hadisənin ilkin olaraq yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, NAZ markalı avtomobilin sürücüsü Qarabağ əlilidir.




Geri dön