Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Röya: "İkinci toyumda çağıracam"

Röya: "İkinci toyumda çağıracam"


28-01-2017, 11:58. Yazar: Xeberaz
Röya: "İkinci toyumda çağıracam"



Populyar müğənni Röya Ayxan səhər-səhər maraqlı açıqlamalar verib.

"Xəbəraz.az " bildirir ki, Röya Xəzər Tv-nin efirində "Oyan, Azərbaycan" verilişinin qonağı olub və bir çox maraqlı açıqlamalar verib.

Müğənni toy şəkillərinə baxdığı zaman bəzilərini görməyib və sonradan məlum olub ki, bir çoxlarını toyuna çağırmağı unudub.

İradlara cavab verən müğənni deyib ki, "Mən çağırmadım, sən gələrdin. Hətta bəzilərinə söz verirdim ki, ikinci toyuma çağıracam. Əlbəttə, zarafat idi, amma deyəsən, belə də olacaq".

Həmçinin müğənni Rusiyadakı konsertinə hazırlaşdığını bildirib. Möhtəşəm konsert olacağını söz verib.



Geri dön