Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > ŞOK: “Yoxlama”dan sonra məktəb direktoru vəfat etdi - VİDEO

ŞOK: “Yoxlama”dan sonra məktəb direktoru vəfat etdi - VİDEO


27-01-2017, 17:23. Yazar: Xeberaz

ŞOK: “Yoxlama”dan sonra məktəb direktoru vəfat etdi - VİDEO



ATV-dəki “Yoxlama” verilişi ilə gündəmə gələn 171 saylı orta məktəbin direktoru Telman Qardaşov vəfat edib.

Sözügedən veriliş efirdə yayımlanandan sonra T. Qardaşovun səhhəti pisləşməyə başlayıb. Məktəbdən saytımıza bildirilib ki, direktor bu hadisədən sonra ürək və təzyiq dərmanları qəbul edirmiş:

“Dünən səhhəti daha da ağırlaşan Telman Qardaşov xəstəxanaya yerləşdirilib, komaya düşüb. Bu gün səhər saatlarında komadan ayılmayıb və vəfat edib.
“Yoxlama” verilişi ilə bağlı olaraq bizim məktəbə Təhsil Nazirliyindən heç bir rəsmi irad bildirilməyib. Direktorumuz məhz bu verilişdəki həqiqəti əks etdirməyən məlumatlara görə bu vəziyyətə düşdü. Çünki məktəbimizdə təmir işləri gedirdi, nazirlik özü bunun üçün vəsait ayırmışdı. “Yoxlama” verilişi bunu bilə-bilə məktəbə gəldi”.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin “Yoxlama” verilişi sözügedən məktəbdə yoxlama aparıb. Məktəb rəhbərliyi buna etirazını bildirib və bəyanat yayıb ki, verilişin nümayəndələri qanunsuz olaraq məktəbə daxil olublar və onlarla kobud davranıblar.




Geri dön