Ana Sayfa > Karusel / Hadisə > Sərxoş sürücü “Range Rover”lə DYP-nin maşınını əzdi

Sərxoş sürücü “Range Rover”lə DYP-nin maşınını əzdi


27-01-2017, 14:51. Yazar: Xeberaz
Sərxoş sürücü “Range Rover”lə DYP-nin maşınını əzdi



Bakı şəhəri Xəzər rayonunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin avtomaşını qəzaya uğrayıb.
Hadisə Mərdəkan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Belə ki, sürətlə hərəkət edən “Range Rover” markalı avtomobil arxadan yanacaq doldurmaq istəyən yol-patrul xidmətinin avtomobilinə çırpılıb.

Hadisə vaxtı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib. Həmçinin “Range Rover” markalı avtomaşının sürücüsünün orta dərəcəli sərxoş olduğu da məlum olub.

Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb və avtomaşınlar cərimə meydançasına aparılıb.

Faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təsdiqləyib.



Geri dön