Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Psixoloq Dəyanət Rzayev öldürülüb? - BAŞ PROKURORLUQDAN AÇIQLAMA

Psixoloq Dəyanət Rzayev öldürülüb? - BAŞ PROKURORLUQDAN AÇIQLAMA


26-01-2017, 17:39. Yazar: Xeberaz
Psixoloq Dəyanət Rzayev öldürülüb? - BAŞ PROKURORLUQDAN AÇIQLAMA



Baş Prokurorluq psixoloq Dəyanət Rzayevin qəsdən öldürülməsi iddialarına münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb: “Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.



Qeyd edək ki, D.Rzayevin meyiti dünən yaşadığı Murtuza Muxtarov küçəsindəki mənzilindən kəmərdən asılı vəziyyətdə tapılıb.


Geri dön