Ana Sayfa > Karusel / İdman > Reynaldo Türkiyə klubuna gedir - Qurbanov təsdiqlədi

Reynaldo Türkiyə klubuna gedir - Qurbanov təsdiqlədi


25-01-2017, 21:07. Yazar: Xeberaz
Reynaldo Türkiyə klubuna gedir - Qurbanov təsdiqlədi


"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir.

"Xəbəraz.az "xəbər verir ki, braziliyalı futbolçu sabah "Adanaspor"la rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək.

Məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: "Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".

Geri dön