Ana Sayfa > Karusel / Hadisə > Sərhəddə narkotik tutuldu - Foto

Sərhəddə narkotik tutuldu - Foto


25-01-2017, 13:34. Yazar: Xeberaz
Sərhəddə narkotik tutuldu - Foto
Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Axar.az-a verilən məlumata görə, yanvarın 23-də saat 05:10 radələrində daxil olmuş məlu­ma­­t əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıblar.

Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sərhəddə narkotik tutuldu - Foto
Geri dön