Ana Sayfa > Karusel / İdman > AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb

AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb


25-01-2017, 13:18. Yazar: Xeberaz
 AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb

İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa işə başlayıb.

"Report"un məlumatına görə, iki gün davam edəcək tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və onun müavini Sərxan Hacıyev təmsil edəcək.

Dəyirmi masaya Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Niderland, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələri qatılacaq.

Geri dön