Ana Sayfa > Karusel / Siyasət / Dünya > Tramp verdiyi sözü tutdu: Meksika ilə sərhəddə inşaat başlayır

Tramp verdiyi sözü tutdu: Meksika ilə sərhəddə inşaat başlayır


25-01-2017, 13:03. Yazar: Xeberaz
 Tramp verdiyi sözü tutdu: Meksika ilə sərhəddə inşaat başlayır

Seçkiqabağı kampaniyada Meksika ilə sərhəddə divar inşa edəcəyini deyən prezident Donald Tramp vədinə əməl edir.

Axar.az xəbər verir ki, Tramp Tvitter səhifəsində “Sabah milli təhlükəsizlik üçün böyük bir gündür. Xeyli qərar verməklə yanaşı, o divarı da inşa edəcəyik” sözlərini yazıb.

Məlumata əsasən, artıq bu gün inşaat işləri başlayacaq. ABŞ mediası inşaatın azı 4 ay davam edəcəyini bildirib.

Trampın başqa bir qərarı ilə 7 ölkədən ABŞ-a gələn miqrantlara ölkəyə giriş qadağan olunub. “Röyter”in xəbərinə görə, yaxın bir neçə gün ərzində miqrantların ölkəyə girişi qadağan olunacaq. Suriya, İraq, İran, Somali, Sudan, Liviya və Yəmən vətəndaşlarına verilmiş vizalar isə ləğv olunacaq.
Geri dön