Ana Sayfa > Karusel / Şou-Biznes > "11 yaşımda metronun qabağında qələm satırdım" - Zamiq

"11 yaşımda metronun qabağında qələm satırdım" - Zamiq


24-01-2017, 17:49. Yazar: Xeberaz
"11 yaşımda metronun qabağında qələm satırdım" - Zamiq


“Çoxları deyir, Zamiq var-dövlətin içində kef edir. Bilirsiniz ki, bəs Zamiq uşaqlıqda nə çəkib?”.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov Facebook səhifəsində yazıb.

İfaçı sosial şəbəkədə ünvanına tənqidlər yazanlara cavab verib:

“Zamiq 11 yaşında Füzulidən gələndən metro qabağında qələm satıb, ailəsini keçindirən insandı. 10 yaşından atasından bir qəpik belə almayan insan haqqında necə belə deyə bilərsiniz? Əgər bu gün yaxşıyamsa, o günlərimin zəhməti var. Allah xalqımızı daim uca eləsin, Zamiq bu pilləyə onların, yəni sizin sayənizdə gəlib".




Geri dön