Ana Sayfa > Karusel / Siyasət / Dünya > Ruslar Ermənistana adi pasportla gedəcək

Ruslar Ermənistana adi pasportla gedəcək


24-01-2017, 17:40. Yazar: Xeberaz
Ruslar Ermənistana adi pasportla gedəcək


Rusiya vətəndaşları ümumvətəndaşlıq pasportları ilə də Ermənistana səfər edə biləcəklər.
"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev deyib.

“Biz vətəndaşlarımızın daxili ümumvətəndaşlıq pasportları ilə Ermənistana səfər edə biləcəyi ilə bağlı razılıq əldə etdik. Bununla bağlı sənəd imzalandı”, - Medvedyev erməni həmkarı Karen Karapetyanla keçirdiyi görüşün nəticələri haqqında danışarkən bildirib.

D.Medvedyev bu addımın iki ölkə arasında humanitar sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə imkan verəcəyini deyib.
Geri dön