Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Xəbəraz TV > Yol polisi sürücünü ağladıb videoya çəkdi - GÖRÜNTÜLƏR

Yol polisi sürücünü ağladıb videoya çəkdi - GÖRÜNTÜLƏR


24-01-2017, 17:04. Yazar: Xeberaz
Yol polisi sürücünü ağladıb videoya çəkdi - GÖRÜNTÜLƏR


Sosial şəbəkədə yol polisinin vətəndaşı telefonla videoya çəkdiyi ilə bağlı görüntülər yayılıb.

"Xəbəraz.az "xəbər verir ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib.

Daha sonra inspektor bu videonu yaxınlarından birinə göndərib, o isə öz növbəsində bu görüntüləri internetə yerləşdirib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, artıq yayılan görüntüylə bağlı araşdırma balayıb: "Həmin əməkdaşlar barəsində intizam tədbiri görüləcək. Bundan əvvəl isə onların kimliyi dəqiq müəyyənləşdirilməli və izahatları alınmalıdır. Kadrlardan məlumdur ki, yol polisi əməkdaşlarının birinin sifəti görünmür".


Geri dön