Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bankomatdan 40 min manat oğurlandı - Bakıda

Bankomatdan 40 min manat oğurlandı - Bakıda


21-01-2017, 11:49. Yazar: Xeberaz
Bankomatdan 40 min manat oğurlandı - Bakıda
Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ şossesində qeydə alınıb.

Naməlum şəxslər “Kapital Bank”a məxsus bankomatın arxasını kəsərək 40 min manat aparıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Geri dön