Ana Sayfa > Karusel / Siyasət / Dünya > ABŞ KİV-dən sensasiya: növbəti prezident o olacaq...

ABŞ KİV-dən sensasiya: növbəti prezident o olacaq...


20-01-2017, 16:11. Yazar: Xeberaz
ABŞ KİV-dən sensasiya: növbəti prezident o olacaq...


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlamamış ölkə mediasında sensasiyalı məlumat yayılıb.

"Xəbəraz.az " xəbər verir ki, Trampın prezidentlik müddətinin 4 ildən artıq davam etməyəcəyi deyilən xəbərlərdə növbəti dövlət başçısının kimliyi araşdırılıb.

CNN-in məlumatına görə, Tampdan sonra ABŞ prezidenti Feysbukun qurucusu, 32 yaşlı Mark Zukerberq ola bilər.

Seçicilərin Zukerberqə münasibəti hələlik naməlum olsa da, milyarder iş adamının 2020 və ya 2024-cü illərdə keçirilən seçkilərdə iştirak edəcəyi gözlənilir.

Dünyanın 6-cı ən varlı şəxsi olan Zukerberq artıq ətrafında komanda yaratmağa başlayıb. O, Obamanın seçki kampaniyasına rəhbərlik edən Devid Plouffla əməkdaşlığa başlayıb.
Geri dön