Ana Sayfa > Karusel / Hadisə > “Mercedes” aşdı - Sürücü yaralandı, xanımı isə öldü

“Mercedes” aşdı - Sürücü yaralandı, xanımı isə öldü


19-01-2017, 22:47. Yazar: Xeberaz
“Mercedes” aşdı - Sürücü yaralandı, xanımı isə öldü


Cəlilabadda Qarazəncir kəndində “Mercedes” markalı minik avtomobili aşıb. Bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Həcər Bayramova aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində keçinib. Həyat yoldaşı, avtomobilin sürücüsü Musa Bayramovun vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, hadisə rayonun ərazisində qeydə alınıb. Astara isdiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla toqquşub. İdarəetməni itirən sürücü avtomobili dirəyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.



Geri dön