Ana Sayfa > Karusel / Gündəm / M2 > Sosial şəbəkədə yazdıqlarınıza DİQQƏT EDİN

Sosial şəbəkədə yazdıqlarınıza DİQQƏT EDİN


19-01-2017, 13:53. Yazar: Xeberaz
Sosial şəbəkədə yazdıqlarınıza DİQQƏT EDİN



Azərbaycanda sosial şəbəkələri və bloqer fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.
"Xəbəraz.az " xəbər verir ki, belə bir təşəbbüslə Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.

Deputat bildirib ki, bu gün dünyada bloqerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: "Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var".

Deputat Hikmət Məmmədov (Babaoğlu) təklifi dəstəkləyib. O bildirib ki, bu sahədə qanunvericilik bazası baxımından dünyada çox az praktika var: "Artıq Türkiyədə də bununla bağlı qanunvericilik bazası hazırlanır. Əgər razılıq olarsa, Əflatun müəllimlə birgə belə bir qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərik".

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov təşəbbüsü dəstəkləyərək bildirib ki, bu sahədə xaos hökm sürür: "Kim nə istəyir, onu yazır. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var".

Geri dön