Ana Sayfa > Karusel / Şou-Biznes / Məşhurların Taleyi > ATV-ni AzTV-yə dəyişən aparıcı: "Artıq inkişaf etməyin vaxtıdır"

ATV-ni AzTV-yə dəyişən aparıcı: "Artıq inkişaf etməyin vaxtıdır"


18-01-2017, 18:56. Yazar: Xeberaz
ATV-ni AzTV-yə dəyişən aparıcı: "Artıq inkişaf etməyin vaxtıdır"

Aparıcı Nurlana Cəfərova ATV-dən getdi.

"Xəbəraz.az "-ın məlumatına görə, o, bundan sonra AzTV-də çalışacaq.

N.Cəfərova əməkdaşımızla söhbətində bildirib ki, yeni verilişi AzTV-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət" kanalında efirə gedəcək:

""Görüş yeri" adlanan proqram yanvarın 23-dən etibarən efirə gedəcək. 11 ildir ATV-də çalışıram. Artıq inkişaf etməyin vaxtıdır.

Dövlət kanalından təklif gəldi, mən də razılaşdım. 3,5 il 106 FM-də direktor vəzifəsində işlədim. Son vaxtlar direktorluqdan uzaqlaşdım, radio aparıcısı kimi çalışırdım. Artıq radio ilə də yollarımı ayırdım".
Geri dön