Ana Sayfa > Karusel / Maraqlı > Sağlamlığa güc verən qidaların siyahısı

Sağlamlığa güc verən qidaların siyahısı


17-01-2017, 23:02. Yazar: Xeberaz
Sağlamlığa güc verən qidaların siyahısı


Mütəxəssislər insan sağlamlığı üçün yararlı olan bitkilərin (meyvə-tərəvəzlərin) siyahısını hazırlayıblar.

Siyahıda 60-a yaxın bitki yer alıb.

Moruq - C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir. Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır.
Avokado - Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur.
Kələm - C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır.
Noxud - Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır.
Brokoli - Maqnezium, A və C vitamini ilə zəngindir. Xərçəngdən qoruyur, əzələləri gücləndirir.
Qoz-findıq - B və E vitamini, dəmir var. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır.
Dana əti - Ətdə dəmir, protein var. O, soyuqdəyməni, öskürək və qripə qarşı yaxşı vasitədir.
Dəniz məhsulları - Tərkiblərində Omega3 yağ asidi olur. Xolestrolu tənzimləyir, infarkt riskini azaldır.
Pomidor - Folikasitlə zəngin olan pomidor xərçəngin bəzi növlərindən qoruyur, hüceyrəmi yeniləyir.
Alma - Dəmir, A-C vitamini mənbəyi olan alma immuniteti gücləndirir, infarkt riskini azaldır.
Alça - Dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir.
Buğda - Buğda beyni və sinirləri bəsləyir, yaddaşı və zehni gücləndirir.
Lobya - Dəmir, kalsium, B və C vitamini, protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir.
Quş üzümü - Tərkibində C vitamini, kalsium var. Əsəb və immuniteti gücləndirir.
Qreyfurt - Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır.
Yerkökü - A vitamini var. Spermanı artırır, infeksiyalardan qoruyur.
İspanaq - A vitamini, folikasit, maqnezium, E vitamini ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilələrə tövsiyə edilir.
Qovun - Maqnezium və kalsium tərkibli qovun bədəndə suyu tənzimləyir.
Qırmızı üzüm - Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.
İtburnu - C və E vitamini, dəmirlə boldur. Soyuqdəymə, qripə qarşı qoruyur.
Kivi - C vitamini və sairə başqa minerallar ilə zəngindir. Çəkini azaldır. İmmuniteti gücləndirir.
Limon - C vitaminin məbəyidir. Limon mədə xərçəngi riskini azaldır.
Göbələk - Kalsium, maqnezium tərkibli göbələk əzələləri gücləndirir, saç və dırnaqlara faydalıdır.
Mərcimək - Yorğunluğu aradan qaldırır, stresdən qoruyur.
Qarğıdalı - Maqnezium və B vitamini mənbəyidir. Streslə savaşır, bağırsaq xərçənginin qarşısını alır.
Banan - B6 vitamini, maqnezium var. Rahataladır və yatmağa kömək edir.
Çobanyastığı - C vitaminli çöl çiçəyi ürək xəstəliklərindən qoruyur, stresi azaldır.
Kartof - Tərkibində minerallar, C vitamini, protein var. Xərçəngdən qoruyur, bədəni toksinlərdən təmizləyir.
Pendir - Protein, kalsium var. Sümükləri gücləndirir, sinirləri qoruyur.
Portağal - Meyvə B və C vitamini, kalsium, seleniumla boldur. Bədəndəki artıq suyun ifraz edilməsinə kömək edir.
Sarımsaq - İmmuniteti gücləndirir.
Soya yağı - E vitamini, proteinli yağ xərçəng riskini azaldır.
Süd - Kalsium, D, A və B2 vitaminləri ilə zəngindir. Sümükləri gücləndirir, bağırsaq xərçənginə qarşı faydalıdır.
Qara turp - C vitamini, kalsium, dəmir mənbəyidir. İmmuniteti gücləndirir və qan dövranını yaxşılaşdırır.
Bibər - A və C vitamini ilə bol bibər baş ağrısının dərmanıdır.
Qatıq - Ağartı kalsium, B12 vitamini ilə zəngindir. Bağırsaq xərçənginə yoluxmadan qoruyur.
Yulaf - Tərkibində karbonhidrat, dəmir, maqnezium, B vitamini var. Enerjivericidir.
Zeytunyağı - Doymamış yağ asidi, E vitamini ilə zəngindir. Xolestrolu tənzimləyir, hüceyrələri qoruyur.



Geri dön