Ana Sayfa > Karusel / Hadisə > Şəmkirdə seks qalmaqalıyla gündəmə gələn direktor İŞDƏN QOVULDU
Şəmkirdə seks qalmaqalıyla gündəmə gələn direktor İŞDƏN QOVULDU17-01-2017, 17:05. Yazar: Xeberaz |
Şəmkir rayonunun Seyfəli kənd tam orta məktəbi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb. "Xəbəraz.az " xəbər verir ki, Rayon Təhsil Şöbəsindən lent.az-a verilən məlumata görə, araşdırmanın nəticəsi olaraq Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Geri dön |