Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Yollarda anormallıq - Dövlət qurumu dilə gəldi - FOTO

Yollarda anormallıq - Dövlət qurumu dilə gəldi - FOTO


17-01-2017, 15:04. Yazar: Xeberaz
Yollarda anormallıq - Dövlət qurumu dilə gəldi - FOTO


Çox hörmətli şirkətlər! Küçələrə, yollara reklam yapışdırarkən xahiş edirik ki, onları yol nişanlarının üzərinə yapışdırmayın!!!

"Xəbəraz.az "xəbər verir ki, belə bir müraciətlə "Azəravtoyol" ASC çıxış edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yol nişanlarının üzərinə reklam yapışdırılması sonda ağır nəticələrə gətirib çıxara bilər:



"Siz bunu etməklə sutkanın qaranlıq vaxtlarında həmin nişanın sürücülər tərəfindən görünməsini məhdudlaşdırırsınız. Bununla da qəzaların baş verməsinə səbəbkar ola bilərsiniz. Bundan başqa, həmin reklam yazıları qopardılan zaman nişanların üzəri də korlanır. Xahiş edirik, bunları nəzərə alıb növbəti dəfə bu cür etməyəsiniz!!!"

Yollarda anormallıq - Dövlət qurumu dilə gəldi - FOTO



Geri dön