Ana Sayfa > Karusel / Hadisə > Maştağada evdə partlayış - Sahibi yaralandı

Maştağada evdə partlayış - Sahibi yaralandı


17-01-2017, 14:40. Yazar: Xeberaz
Maştağada evdə partlayış - Sahibi yaralandı


Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Hadisə nəticəsində evin pəncərələrinin şüşələri sınıb, içəridəki əşyalar yanıb. Yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Geri dön