Ana Sayfa > Karusel / Hadisə / Dünya > Tutulan "Reina" terrorçusu ETİRAF ETDİ

Tutulan "Reina" terrorçusu ETİRAF ETDİ


17-01-2017, 13:54. Yazar: Xeberaz

Tutulan "Reina" terrorçusu ETİRAF ETDİ


"Yaxalanmış terrorçu Yeni il gecəsi "Reina" gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır".
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.

V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: "O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib".

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.


Geri dön