Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya > Qırğızıstanda matəm elan olundu

Qırğızıstanda matəm elan olundu


16-01-2017, 15:38. Yazar: Xeberaz
Qırğızıstanda matəm elan olundu


Qırğızıstanda baş verən təyyarə qəzasına görə ölkədə 1 günlük matəm elan olunub.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasından məlumat verilib.

Açıqlamada Prezident Almazbek Atambayevin 17 yanvarda ölkədə bir günlük matəm elan etdiyi bildirilib.

Çinə gedən prezident rəsmi səfəri yarımçıq qoyaraq ölkəyə qayıdıb.

Xatırladaq ki, ACT Hava Yolları şirkətinə məxsus yük təyyarəsi Bişkekin Manas Hava Limanına eniş zamanı qəza keçirib. Hadisə nəticəsində 37 nəfər həlak olub.


Geri dön