Ana Sayfa > Karusel / Gündəm / M2 > Yanvarın 20-də bu yollar bağlanacaq - Siyahı

Yanvarın 20-də bu yollar bağlanacaq - Siyahı


16-01-2017, 12:23. Yazar: Xeberaz
Yanvarın 20-də bu yollar bağlanacaq - Siyahı




Yanvarın 20-də Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.


Geri dön