Ana Sayfa > Karusel / Şou-Biznes > Bakıda 1 saata 50 min qazandı

Bakıda 1 saata 50 min qazandı


15-01-2017, 21:19. Yazar: Xeberaz
Bakıda 1 saata 50 min qazandı


Türkiyəli müğənni Aleyna Tilkinin yeni il gecəsi Bakıda verdiyi konsertdən qazandığı gəlir məlum olub.

"Xəbəraz.az " xəbər verir ki, 16 yaşlı ifaçı paytaxtda baş tutan konsertdə bir saatlıq çıxışına görə 50 min türk lirəsi (təxminən 25 min AZN) əldə edib.

"Cevabsız çınlama" mahnısı ilə 2016-cı ildə Türkiyənin gündəminə düşən Aleyna son 5 ay ərzində qazandığı pulla valideynlərinə İstanbulda 750 min türk lirəsi (təxminən 355 min AZN) dəyərində ev alıb. O, evi anasının adına yazdırıb.


Geri dön