Ana Sayfa > Karusel / Hadisə > Bakıda quyuya düşən şəxs çıxarıldı

Bakıda quyuya düşən şəxs çıxarıldı


15-01-2017, 18:14. Yazar: Xeberaz
Bakıda quyuya düşən şəxs çıxarıldı



Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin saytının istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:40-da başa çatıb.

Geri dön