Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycan ordusunun hərbçisi şəhid oldu

Azərbaycan ordusunun hərbçisi şəhid oldu


15-01-2017, 11:37. Yazar: Xeberaz
Azərbaycan ordusunun hərbçisi şəhid oldu



Azərbaycan ordusunun hərbçisi şəhid olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Geri dön