Ana Sayfa > Karusel / Hadisə > Bakıda güclü yanğın: ölən var

Bakıda güclü yanğın: ölən var


15-01-2017, 11:34. Yazar: Xeberaz
Bakıda güclü yanğın: ölən var


Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 53 m2 sahədə və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyü 15 m2 sahədə yanıb.



Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1958-ci il təvəllüdlü İsmayılov Nəriman Vəli oğlunun yanmış meyiti aşkarlanıb.


Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön