Ana Sayfa > Karusel / İqtisadiyyat / Xəbəraz TV > Quş əti bazarında canlanma: Bəs qiymətlər necədir? - Video

Quş əti bazarında canlanma: Bəs qiymətlər necədir? - Video


15-01-2017, 00:09. Yazar: Xeberaz
Quş əti bazarında canlanma: Bəs qiymətlər necədir? - Video



Quş ətinin satışı mal ətini üstələyib. Buna səbəb quş ətinin qiymətinin daha ucuz olmasıdır. Odur ki, son vaxtlar quş bazarında canlanma yaranıb. Bəs görəsən son dövrlər mal ətinin bahalaşması, quşların da bahalaşmasına təsir etməyib? Əməkdaşlarımız bu məsləni araşdırıb.

Xəzər xəbər-in məlumatına görə, araşdırma zamanı məlum olub ki, diri və ya kəsilmiş həyət quşlarını alanlar daha çoxalıb.

Müştərilər deyir ki, bir müddətdir mal və qoyun ətlərinin qiyməti bahalaşdığından indi quş ətinə üstünlük verirlər.

Satıcılar deyir ki, quşların qiymətində də nisbətən bahalaşma var.

Rayonlarda da quş bazarında canlanma var. Səbəb oxşardır.

Quşlar daha çox rayonlarda yetişdirilsə də, nədənsə qiymətləri elə Bakı bazarlarında olduğu kimidir.

Mövsümü olduğu üçün quşların arasında daha çox hind quşu alınır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Geri dön