Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Bankı 24 saniyəyə qarət etdilər - Video

Bankı 24 saniyəyə qarət etdilər - Video


14-01-2017, 22:07. Yazar: Xeberaz

Bankı 24 saniyəyə qarət etdilər - Video



Argentinanın Tiqre şəhərində 4 silahlı şəxs bank şöbəsini yarım dəqiqədən də az müddətdə qarət edib.

"Xəbəraz.az " xəbər verir ki, oğrular 47 min dolları özləri ilə aparıblar.

Hadisə ilə bağlı yayılan videogörüntüdə “Mersedes-Benz” avtomobilindən enən 2 maskalı şəxsin bankın şüşə qapısını çəkiclə sındırdığı və içəri girdiyi, digər iki qarətçinin isə maşında keşik çəkdiyi görünür.

Təxminən 14 saniyədən sonra qarətçilər bankdan 3 kaset pulla çıxaraq yenidən avtomobilə əyləşiblər.axar.az

Oğurluq prosesi ümumilikdə 24 saniyə çəkib.


Geri dön