Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > "Sədərəy"ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var - FOTO

"Sədərəy"ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var - FOTO


14-01-2017, 11:06. Yazar: Xeberaz
"Sədərəy"ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var - FOTO


Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan "Sədərək" ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

"Xəbəraz.az " xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər - 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə-beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.salamnews

"Sədərəy"ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var - FOTO
Geri dön