Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya > Məşhur şokolad yağları satışdan yığışdırılır - XƏRÇƏNG TƏHLÜKƏSİ!

Məşhur şokolad yağları satışdan yığışdırılır - XƏRÇƏNG TƏHLÜKƏSİ!


13-01-2017, 12:55. Yazar: Xeberaz
Məşhur şokolad yağları satışdan yığışdırılır - XƏRÇƏNG TƏHLÜKƏSİ!



İtaliyanın "Ferrero" şirkətinin "Nutella" şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışdırılır.

"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlamışdı.

Tərkibində palma yağı olan "Nutella" şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı.

Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb.





Geri dön